Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Rabitabank" ASC-də struktur dəyişikliyi baş verib.
"APA-Economics" xəbər verir ki, bankda Qeyri-kredit satış departamenti yaradılıb. Departamentin rəhbəri hələlik təyin olunmayıb.
Departamentin tərkibində fəaliyyət göstərən Əməliyyatlara dəstək şöbəsinə isə Fatimə Babayeva rəhbərlik edir.