Bank Of Baku

"Rabitəbank"ın əmanət növləri müştərilərə səmərəli şəkildə pul yığmalarına şərait yaradır

"Rabitəbank"ın əmanət növləri müştərilərə səmərəli şəkildə pul yığmalarına şərait yaradır
# 19 iyun 2015 09:39 (UTC +04:00)

Bakı - APA-Economics. "Rabitəbank" müştəriləri üçün təqdim etdiyi geniş əmanət növləri ilə onların rahat və səmərəli şəkildə pul yığmalarına şərait yaradır.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Rabitəbank" hal-hazırda hər kəsin tələb və istəyinə uyğun olaraq, aşağıdakı 4 növ əmanət məhsullarını təqdim edir: "Universal", "Universal Plus", "Uşaq yığım əmanəti" və "Kartmane".

 

"Universal" əmanət istifadəçilərinə şərtləri sərbəst şəkildə seçmək imkanı təqdim edir, belə ki, seçim imkanından asılı olaraq müştərilər faiz və müddəti özləri müəyyən edirlər. manat, dollar və avro valyutasında təqdim edilən universal depozitin açılması üçün minimal məbləğ 200 AZN/USD və 500 avrodur.  

 

Manatla təqdim edilən "Universal Plus" əmanəti vasitəsilə müştərilər illik olaraq 12%-dək gəlir əldə edə biləcəklər. Rüblük və müddətin sonunda ödənilə biləcək faizlər müddətdən asılı olaraq dəyişə bilər.

 

"Uşaq yığım əmanəti" ilə valideynlər öz övladlarının gələcəklərini təmin edə, onların təhsili və həyatlarının digər önəmli anları üçün indidən pul yığa bilərlər. 18 yaşına qədər uşaqlar üçün şamil olunan bu əmanət növü valideyn və ya qohumlar tərəfindən manat və dollar valyutasında rəsmiləşdirilə bilər. Depozit üçün tələb olunan minimal məbləğ 200 AZN/USD, maksimal müddət isə 16 ilədəkdir.

 

Pul yığmaq üçün ideal vasitə olan "Kartmane" depozit kartı ilə müştərilər depozitlərini özündən ayırmadan müxtəlif növ kart əməliyyatlarını həyata keçirə bilərlər. Hər kəsin arzu və tələbinə cavab verən "Kartmane" vasitəsilə istənilən an pulun heç bir komisyon haqqı tutulmadan kartdan çıxarılması və dünyanın bir çox ölkəsində ödənişlər zamanı istifadə etmək imkanı mövcuddur. Minimal məbləğ 100 AZN/USD ilə xidmətə qoşularaq istifadəçilərə ödənişsiz olaraq 1 və ya 2 illik "Visa Elektron" kartı təqdim olunur.

 

2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Rabitəbank ASC-də 12%-dək və 30 000 manat məbləğinə qədər yerləşdirilmiş bütün əmanətlər sığortalanır.

 

Rabitəbank ASC-nin təqdim etdiyi əmanət məhsulları və faiz dərəcələrinə dair daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR