Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Standard Insurance" 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 486 min 466 manat və ya 1,84% azalaraq 25 mln. 938 min 972,33 manat olub. Hesabat dövrünün sonuna cəmi uzunmüddətli aktivləri 5 mln. 971 min 933,07 manat, cəmi qısamüddətli aktivləri isə 19 mln. 967 min 39,26 manat təşkil edib.
2014-cü il ilə müqayisədə ötən il şirkətin nizamnamə kapitalı dəyişməyərək 11 mln. manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 13 mln. 86 min 567,22 manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 547 min 827,86 manat və ya 4,37% çoxdur.
2015-ci ildə şirkətin cəmi öhdəlikləri 1 mln. 34 min 296,81 manat və ya 7,45% azalaraq 12 mln. 852 min 405,11 manata enib. Hazırda şirkətin cəmi uzunmüddətli öhdəlikləri 11 mln. 856 min 772,94 manat, cəmi qısamüddətli öhdəlikləri 995 min 632,17 manat təşkil edir.
Hesabat dövründə şirkətin gəlirləri 30 mln. 739 min 782,46 manat, xərcləri 30 mln. 33 min 231,52 manat olub. "Standard Insurance" 2015-ci ili 639 min 775,94 manat xalis mənfəətlə başa vurub.