"Standard İnsurance" ASC ötən il aktivlərini azaldıb. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, ötən il sığortaçının məcmu aktivləri 2015-ci illə müqayisədə 22,5% azalaraq 20 mln. 89,074 min manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 3 mln. 243,769 min manat, qısamüddətli aktivləri 16 mln. 845,305 min manat təşkil edib.
2017-ci ilin əvvəlinə şirkətin öhdəlikləri 0,53% azalaraq 12 mln. 784,855 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 11 mln. 244,781 min manat, qısamüddətli öhdəlikləri isə 1 mln. 540,074 min manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 11 mln. manat, məcmu kapitalı isə 44,2% azalaraq 7 mln. 304 min 219,14 manat təşkil edib.
Şirkət ötən ili 5 mln. 774 min 769,009 manatlıq zərərlə başa vurub.