Bank Of Baku

"TuranBank" ilin yarısını 1 mln. manata yaxın zərərlə başa vurub

"TuranBank" ilin yarısını 1 mln. manata yaxın zərərlə başa vurub
# 17 iyul 2017 11:09 (UTC +04:00)

"TuranBank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 521,481 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,97% çoxdur.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,74% artaraq 284,244 mln. manat olub.

 

Hesabat dövrü ərzində bankın depozit portfeli 45,1% artaraq 260,776 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi isə 260,776 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 1,6 dəfə artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 34,14% artaraq 69,171 mln. manat olduğu halda, nizamnamə kapitalı 10% artaraq 55,003 mln. manat təşkil edib.

 

Cari ilin ilk altı ayını bank 948 min manat zərərlə başa vurub. Bununla yanaşı, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1,057 mln. manatlıq xüsusi ehtiyat yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR