Bank Of Baku

"Unibank" müştərilərinə filiallara getmədən hesablarına nəzarət etmək imkanı yaradıb

"Unibank" müştərilərinə filiallara getmədən hesablarına nəzarət etmək imkanı yaradıb
# 11 fevral 2016 11:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün minlərlə "Unibank" müştərisi bank filiallarına getmədən, günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar apara bilir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, internet bankinq sistemi sayəsində müştərilər “Unibank”ın məhsul və xidmətlərindən internet vasitəsilə tez, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilirlər.

 

“Unibank” müştəriləri öz mobil telefonlarından da internet-bank xidmətinə qoşula bilirlər. Bunun üçün müştəri ona sms-xəbər vasitəsilə göndərilən birdəfəlik paroldan istifadə edir. Bu, xidmətdən istifadə edən müştərilərin işini daha da asanlaşdırıb və xidməti daha təhlükəsiz edib. “Unibank”ın internet bankinq xidmətinin təhlükəsizliyi ən yüksək həddədir. Bu o deməkdir ki, bankın bu xidmətdən istifadə edən müştəriləri yüksək və təhlükəsiz internet bankinq xidməti ilə təmin olunublar. “High-Tech Bridge” və “Qualys” beynəlxalq şirkətləri  apardıqları araşdırmalar və keçirdikləri təcrübələrin nəticəsində “Unibank”ın ən təhlükəsinz internet bankinq xidmətinə malik olduğunu müəyyən ediblər. Bu araşdırmaların nəticəsi olaraq,  adı çəkilən şirkətlər tərəfindən banka bu sahədə ən yüksək -  A+ qiyməti verilib.

 

Digər banklardan fərqli olaraq, “Unibank”da internet- bankinq sifarişi pulsuzdur. Hesab qalığına nəinki baxmaq, həmçinin əməliyyatlar etmək də mümkündür. Əlavə olaraq hesab üzrə çıxarışa da baxmaq olur. “Unibank”ın internet-bankinq xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini mümkün edir. Bundan başqa, müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi  və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.

İnternet-bankinq xidmətindən pərakəndə müştərilərlə yanaşı, korporativ müştərilər də istifadə edə bilirlər. “Unibank”ın internet-bankinq xidmətinə həm sertifikatla, həm də birdəfəlik parollarla daxil olmaq mümkündür ki, bu da sistemi tam təhlükəsiz edir. Birdəfəlik parol isə yalnız hesab sahibinin mobil telefon nömrəsinə göndərilə bilər.

 

İnternet–bankinq sistemindən faydalanmaq üçün ən yaxın “Unibank” filialına yaxınlaşın və  pulsuz olaraq  bu  imkanı əldə edin. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR