Bank Of Baku

"Unibank" səhmlərini kütləvi təklif etmək üçün müraciət edib

"Unibank" səhmlərini kütləvi təklif etmək üçün müraciət edib
# 14 dekabr 2017 11:56 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) təşkil etdiyi "Listinq Məsləhət Proqramı" üzrə "Unibank" ASC tərəfindən səhmlərinin kütləvi təklifi üçün müraciət edilib.

 

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, birjada "Unibank"ın səhmlərinin kütləvi təklifi üçün listinq prosesi başlanılıb. Listinq prosesi sona çatdırıldıqdan sonra müvafiq sənədlər və maliyyə hesabatları BFB-nin internet səhifəsində yerləşdiriləcək.


Kütləvi təklif olunacaq səhmlərin sayı 3 mln. 676,471 min ədəd, nominal dəyəri isə 2,72 manatdır. Qiymətli kağızların təklifi abunə yazılışı vasitəsilə həyata keçiriləcək və abunə yazılışının son tarixi 22 dekabr 2017-ci ildir.

Səhmlərin kütləvi təklifi zamanı anderrayter qismində "Unicapital" investisiya şirkəti çıxış edir.


"Unibank" 2002-ci ildən etibarən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR