Bakı - APA-Economics. "Unibank"ın internet bankçılıq xidmətinin təhlükəsizliyi ən yüksək həddədir. Bu o deməkdir ki, bankın bu xidmətdən istifadə edən bütün müştəriləri yüksək və təhlükəsiz internet bankçılıq xidməti ilə təmin olunublar.
Bankdan "APA-Economics"ə verilən xəbərə görə, High-Tech Bridge və Qualys beynəlxalq şirkətləri apardıqları araşdırmalar və keçirdikləri təcrübələrin nəticəsində “Unibank”ın ən təhlükəsiz internet bankçılıq xidmətinə malik olduğunu müəyyən ediblər. Bu araşdırmaların nəticəsi olaraq, adıçəkilən şirkətlər tərəfindən banka bu sahədə ən yüksək - “A+” qiyməti verilib.
Qeyd edək ki, bu gün minlərlə “Unibank” müştərisi bank filiallarına gəlmədən, günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar apara bilir. İnternet bankçılıq sistemi sayəsində müştərilər “Unibank”ın məhsullarından və xidmətlərindən cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilirlər.
İnternet bankçılıq sistemindən faydalanmaq üçün ən yaxın “Unibank” filialına yaxınlaşın və pulsuz olaraq bu imkanı əldə edin.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.