Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı azalıb.
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, 17 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 420-yə enib. Halbuki 15 noyabr tarixinə açıqlanan siyahıda 423 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 3 nəfər vergi borcunu ödəyərək adının siyahıdan çıxmasına nail olub.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.