Bank Of Baku

"VTB (Azərbaycan)": ABŞ-ın VTB-yə qarşı tətbiq etdiyi sanksiyalar fəaliyyətimizə təsir etməyəcək

"VTB (Azərbaycan)": ABŞ-ın VTB-yə qarşı tətbiq etdiyi sanksiyalar fəaliyyətimizə təsir etməyəcək
# 23 dekabr 2015 09:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” ABŞ-ın "Bank VTB"-yə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank VTB (Azərbaycan)"ın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına daxil edilməsi 2014-cü ilin sentyabrından tətbiq olunan sanksiyaların hüquqi qüvvəsini dəyişmir.

 

"Bank VTB (Azərbaycan)" yüksək likvidlik və kapital səviyyəsini qoruyaraq ştat rejimində fəaliyyət göstərməyə davam edir. Sanksiya siyahısında konkret təşkilatların adının açıqlanması "Bank VTB (Azərbaycan)"dan hər hansı alternativ qərarların verilməsini tələb etmir. Çünki, tətbiq olunan sanksiyalar bankın kapitalına ABŞ-dan 30 gündən çox müddətə vəsaitin cəlb olunmasını məhdudlaşdırır. Bank əsas vəsaitləri bank ölkə daxilindən cəlb edir və baş ofis “Bank VTB”-nin dəstəyindən istifadə edir. Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirir və bildirir ki, ABŞ tərəfindən məhdudlaşdırma tədbirlərinin uzadılması bankın nə fiziki, nə hüquqi müştərilərinə təsir etməyəcək", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR