Bank Of Baku

"Xalq Bank" öhdəliklərini kəskin artırıb

"Xalq Bank" öhdəliklərini kəskin artırıb
# 17 noyabr 2016 08:12 (UTC +04:00)

2016-cı ilin yanvar-sentyabr aylarında "Xalq Bank" ASC-nin aktivləri 10,6% artaraq 1 mlrd. 748,534 mln. manata çatıb.


"APA-Economics" xəbər verir ki, bankın kredit portfeli 2% artaraq 1 mlrd. 314,078 mln. manat təşkil edib.

 

Oktyabr ayının 1-ə bankın öhdəlikləri 10,8% artaraq 1 mlrd. 519,37 mln. manat olub. Hesabat dövründə bankda yerləşdirilən depozitlərin həcmi 5% artaraq 1 mlrd. 202,313 mln. manata, əhalinin əmanətləri isə 901,789 mln. manat təşkil edib.
 

Sentyabr ayının sonuna bankın nizamnamə kapitalı dəyişməyərək 211 mln. 646,49 min manat olubsa, məcmu kapitalı 9,5% artaraq 229 mln. 164,4 min manata çatıb.

 

Yanvar-sentyabr dövrünü bank 972,96 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR