Bank Of Baku

"Xalq Bank"ın mənfəəti 5 mln. manatı ötüb

"Xalq Bank"ın mənfəəti 5 mln. manatı ötüb
# 24 iyul 2017 13:20 (UTC +04:00)

"Xalq Bank" ASC 2017-ci ilin ilk yarını 5 mln. 171,95 min manat məbləğində mənfəətlə başa vurub.

 

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2017-ci ilin iyunun 30-na bankın bölüşdürülməmiş mənfəəti 19,107 mln. manat təşkil edib.

 

Hesabat dövründə bankın aktivləri 7,02% artaraq 1 mlrd. 845,887 mln. manata çatıb. Bankın kredit portfeli isə 4,25% azalaraq 1 mlrd. 299,350 mln. manat təşkil edib.

Bankın depozit portfeli 8,29% artaraq 1 mlrd. 230,599 mln. manata, əhalinin əmanətləri isə 11,88% azalaraq 754,928 mln. manat olub. Hesabat dövrünün sonuna bankın öhdəlikləri 7,11% azalaraq 1 mlrd. 600,533 mln. manat təşkil edib.

"Xalq Bank"ın nizamnamə kapitalı 211 mln. 646,49 min manat olaraq qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR