Bank Of Baku

"Xalq Bank"ın öhdəlikləri 38% artıb

"Xalq Bank"ın öhdəlikləri 38% artıb
# 26 aprel 2018 08:27 (UTC +04:00)

2018-ci il aprel ayının 1-nə "Xalq Bank" ASC-nin aktivlərinin həcmi 2 mlrd. 225,631 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,07% artım deməkdir.

 

APA-Economics”ə verilən məlumata görə, bu ilin aprel ayının 1-ə bankın kredit portfeli 4,80% artaraq 1 mlrd. 332,549 mln. manat olub.

 

Hesabat dövründə bankın depozit portfeli 36,81% artaraq 1 mlrd. 489,903 mln. manat, cəmi öhdəliklərin həcmi isə 37,98% artaraq 1 mlrd. 958,807 mln. manat olub.

 

Hesabat dövründə bankın cəmi gəlirləri 30 mln. 133,41 min manat, cəmi xərcləri isə, 14 mln. 322,8 min manat təşkil edib.

 

2018-ci ildə bankın nizamnamə kapitalı dəyişməyərək 225 mln. 78,6 min manat təşkil edib.

 

Bank bu ilin ilk 3 ayını 7 mln. 522,52 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR