Bank Of Baku

Yanvarda 1400-dək Yaşıl Kart müqaviləsi bağlanıb

 Yanvarda 1400-dək Yaşıl Kart müqaviləsi bağlanıb
# 10 fevral 2017 06:49 (UTC +04:00)

Ötən ay Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 376 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

 

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, bu müqavilələrdən 674 müqavilə Türkiyə və İran Respublikasına, 634 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 68 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

 

Yanvarda beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1078-i minik, 150-ü yük, 134-i qoşqu, 14-ü isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

 

Qeyd edək ki, hazırda yaşıl kart sığorta növü üzrə 13 sığorta şirkəti fəaliyyət  göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR