Bank Of Baku

"Yapı Kredi Bank Azərbaycan" III rübü 5,5 mln. manatlıq zərərlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" III rübü 5,5 mln. manatlıq zərərlə başa vurub
# 28 oktyabr 2016 10:49 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində "Yapı Kredi Bank Azərbaycan" QSC-nin aktivləri 415,974 mln. manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 11,36% azdır.

 

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 16,13% azalaraq 220,913 mln. manat təşkil edib. Verilmiş kreditlər üzrə alınacaq faizlər mütləq ifadədə 8,845 mln. manat olacaq.

 

Bankın öhdəlikləri ilin əvvəlindən 11,77% azalaraq 359,98 mln. manata çatıb. Bankın kredit təşkilatları qarşısında 127,31 mln. manatlıq, müştərilər qarşısında isə 224,586 mln. manatlıq öhdəliyi var. Öhdəliklərin strukturuna nəzər salanda məlun olur ki, bankda yerləşdirilən əhalinin əmanətlərinin həcmi 92,245 mln. manatdır.

 

Oktyabr ayının 1-ə bankın məcmu kapitalı 55 mln. 994,12 min manat olduğu halda, nizamnamə kapitalı 46 mln. 810,7 min manatdır.

 

Bank cari ilin 9 ayını 5,528 mln. manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR