Bank Of Baku

Ziyad Səmədzadə: “Dünya iqtisadiyyatında baş verən hadisələr dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib”

 Ziyad Səmədzadə: “Dünya iqtisadiyyatında baş verən hadisələr dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib”
# 23 fevral 2016 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya iqtisadiyyatında baş verən hadisələr Azərbaycan iqtisadiyyatına təsir edir. “APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın tədiyyə balansında, ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub. S. Səmədzadə əlavə edib ki, bu hadisələr Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib. “Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcəyə dəyişikliklər geniş müzakirə olundu. Yeni situasiyada büdcə səmərəli istifadə olunması, regionlarda iqtisadi fəallığın artırılması ilə bağlı təkliflər edildi”.

 

Z. Səmədzadə qeyd edib ki, son 15 ildə büdcə gəlirlərinin formalaşmasında heç bir uğursuzluq, problem yaranmayıb: “Bu müddət ərzində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar artıqlaması ilə yerinə yetirilib”.

 

Komitə sədri vurğulayıb ki, dəyişikliklərlə bağlı qanun layihəsində gəlir və xərclərinin artırılması nəzərdə tutulub. Qanuna dəyişikliklər dünyadakı reallıqdan irəli gəlir və gələcəkdə davamlı iqtisadi inkişaf üçün baza yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR