Bank Of Baku

Beynəlxalq Bankın balansından çıxarılan problemli aktivlərin həcmi 15 mlrd. manatı ötəcək - EKSKLÜZİV

Beynəlxalq Bankın balansından çıxarılan problemli aktivlərin həcmi 15 mlrd. manatı ötəcək - <span style="color: red;">EKSKLÜZİV
# 04 aprel 2017 09:48 (UTC +04:00)

"Bu ilin sonunadək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) özəlləşdirilməsini gözləməyə dəyməz". Bu "APA-Economics"ə açıqlamasında "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova bildirib.

 

Onun sözlərinə görə, dövlət bankının balansından qeyri-işlək kreditlərin çıxarılması və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir: "Bu proses bu ilin sonunadək davam etdiriləcək, lakin bu ilin sonunadək bankın özəlləşdirilməsini gözləməyə dəyməz".

 

Vitse-prezident xatırladıb ki, 2015-2016-cı illər ərzində ABB-dən dövlətə məxsus "Aqrarkredit" bank olmayan kredit təşkilatına 10 mlrd. manat həcmində problemli aktiv ötürülüb: "Bu il daha 3 mlrd. dollarlıq problemli aktivin ötürülməsi planlaşdırılır".

 

Beləliklə, bugünkü rəsmi məzənnəyə əsasən, bu il dövlət bankından təxminən 5,173 mlrd. manatlıq problemli aktivin çıxarılması nəzərdə tutulub. Yuxarıda da qeyd edildiyi kimi, indiyədək ABB-nin balansından 10 mlrd. manat həcmində toksik aktivin çıxarıldığını nəzərə alsaq, ilin sonuna bu rəqəm 15,2 mlrd. manata çatacaq.

 

* 1 USD = 1,7244 AZN

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR