Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) sığorta agenti fəaliyyətinə lisenziya verilib.
Palatadan "APA-Economics"ə verilən məlumata görə, Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı ABB-nin müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
Sözügedən lisenziya "Sığorta fəaliyyəti haqqında" qanunun 86.1-ci maddəsinə və palatanın nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.