"Azərbaycan Beynəlxalq Bankı" ASC açıq tender elan edir.
"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender 2 lot üzrə keçirilir:
Lot -1. Bankda elektron poçt sisteminin qurulması ilə bağlı proqram təminatının satınalınması.
Lot- 2. Bankda elektron poçt sisteminin qurulması ilə bağlı server avadanlıqlarının
satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak ödənişsizdir.
İştirakçılardan tələb olunan sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);
- Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) iyunun 6-sı saat 17:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə iyunun 13-ü saat 17:00-a qədər Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri iyunun 14-ü saat 11:00-da bankın baş ofisində açılacaq.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.