Azərbaycan Beynəlxalq Bankı (ABB) 2017-ci ilin ilk rübündə VISA ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub.
ABB-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu münasibətlə bank "VISA International" şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, VISA-nın tərəfdaşlarının iştirakı ilə keçirilən görüş-seminarda mükafat ABB-yə təqdim olunub.
Xatlırladaq ki, ABB nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1,3 milyondan çox olan bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində ABB-nin 11650 POS-terminalı müştərilərin istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB ölkədə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. "VISA PayWave" və "Mastercard PayPass" ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.
Eyni zamanda, “VISA International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün "Sıfır məsuliyyət" ("Zero liability") siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.
ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.