Bakı. Vahab Rzayev-APA-Economics. ABŞ-ın əsas fond indeksi olan “Dow Jones” fevralın 1-də 2007-ci ilin oktyabr ayında ilk dəfə olaraq 14 000 bəndədək yüksəlib. “APA-Economics”in xəbər verdiyi kimi, indeksin artmasına makroiqtisadi göstəricilər təsir edib.
Məlum olub ki, ölkənin qeyri-aqrar sahələrində iş yerlərin sayı 2012-ci ilin dekabr ayında 196 min yer artıb ki, bu da proqnozlardan (155 min) artıqdır. Bundan əlavə sənayedə işgüzar fəallığı indeksi yanvar ayında 53,1 bəndə çatıb. Bu da dekabr göstəricisindən 2,9 bənd, proqnozlardan isə 2,5 bənd artıqdır.