Bank Of Baku

ADB Azərbaycan bank sektorundakı konsolidasiya prosesini dəstəkləyib

ADB Azərbaycan bank sektorundakı konsolidasiya prosesini dəstəkləyib
# 30 mart 2016 09:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan hökumətinin kapital tələbini ödəməyən bankların bağlanması ilə bağlı verdiyi qərar və bankların konsolidasiyasını tezləşdirməsi bank sistemini gücləndirməklə bərabər kapitallaşmanı artıra və xərcləri azalda bilər. "APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) açıqladığı hesabatda deyilir.

 

Bankın analitikləri hesab edir ki, bir neçə güclü və daha səmərəli bankın yaranması sektorun daha çox rəqabətli olmasına gətirib çıxara bilər: "Hökumətin bank sektorundakı iştirakını azaltmaq üçün görülən tədbirlər də vəziyyəti o halda yaxşılaşdıra bilər ki, bunlar rəqabəti azaltmağa deyil, çoxaltmağa xidmət etsin".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR