Bank Of Baku

Agent akademiyası növbəti tədris ilinə başlayıb

Agent akademiyası növbəti tədris ilinə başlayıb
# 02 mart 2017 06:07 (UTC +04:00)

"AXA Mbask" sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, "AXA Mbask Akademiyası" layihəsi çərçivəsində beynəlxalq və yerli təcrübəyə əsaslanaraq xarici və yerli peşəkar təlimçilər tərəfindən keçirdiləcək təlimlər, agentlərin səviyyəsini qaldıraraq öz işlərini professional şəkildə idarə etmələrinə, satış imkanlarının artırılmasına və daha müştəriyönümlü olmasına şərait yaradacaq.

 

Belə ki, "AXA Mbask" 40-dan çox sığorta agentliklərinin nümayəndələrin iştirakı ilə, cari tədris ilin ilk təlimini keçirib.


Treninq zamanı şirkət ekspertləri könüllü sığorta məhsullarının satışı sahəsində təcrübə və biliklərini paylaşmış, avtomobil və əmlak sığortası mövzusunda təlim keçiriblər, habelə agentlərin suallarını cavablandırıblar.


Təlimdə həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentinin baş mütəxəssisi agentlərə avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün əsas şərtlərini izah etdi.

 

Tədris planına uyğun olaraq il ərzində davam edəcək təlimlərdə ekspertlər satış, maliyyə, sığorta hadisələri və anderraytinq kimi sahələr üzrə təcrübə və biliklərini paylaşacaqlar.

 

Sığorta bazarının liderlərindən biri olan "AXA Mbask" 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR