Bank Of Baku

AİB-in Azərbaycan üzrə yeni strategiyasının yekun variantı gələn ilin əvvəlində hazır olacaq

AİB-in Azərbaycan üzrə yeni strategiyasının yekun variantı gələn ilin əvvəlində hazır olacaq
# 06 avqust 2013 09:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyi Azərbaycan üçün Ölkə Tərəfdaşlıq Strategiyası layihəsi üzrə müvafiq maraqlı tərəflər ilə məsləhətləşmələri başa çatdırıb.

 

AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, strategiya 2014-2018-ci illəri əhatə edəcək. AİB Azərbaycan hökumətinin rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatları, inkişaf tərəfdaşları və biznes nümayəndələri ilə görüşüb.

 

AİB-in baş iqtisadçısı olan David Oldfield məsləhətləşmə prosesindən razı olduğunu bildirib: «Müxtəlif maraqlı tərəflərin Strategiya layihəsinə dair verdiyi müsbət rəy və faydalı təkliflərə görə təşəkkürümüzü bildiririk. Bu gələcək strategiyanın daha da mükəmməl olmasına və gələn ilin əvvəlində yekun variantın hazırlanmasına imkan verəcək».

 

Mövcud olan ehtiyacların qiymətləndirilməsi və hökumət ilə müzakirələr nəticəsində nəqliyyat, bələdiyyə infrastrukturu və xidmətləri, enerji, və özəl sektorun maliyyələşdirilməsi sektorları inkişaf tərəfdaşlarının dəstəyinə ehtiyacı olan prioritet sahələr kimi müəyyən edilib. Bu o deməkdir ki, AİB infrastrukturun inkişaf edilməsi sahəsində əməliyyatlarını davam etdirəcək. Özəl sektorun maliyyələşdirilməsi prioritet sahə kimi əlavə olunması isə AİB-ın gələcəkdə banklara kreditlərin verilməsi və ticarətin maliyyələşdirilməsi proqramı vasıtəsi ilə özəl sektora dəstək verəcəyindən xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR