Bank Of Baku

AİF-in 15 milyon manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanılır

AİF-in 15 milyon manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanılır
# 20 aprel 2017 14:17 (UTC +04:00)

Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca çıxarılan istiqrazların  nominal qiymətlə həcmi 15 000 000 manat təşkil edib.

 

Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.

 

İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,001.17 manat təyin edilib.

 

İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 15 000 000 manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

 

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.

İstiqrazların ödəmə tarixi 18 dekabr  2037-cı ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR