Bank Of Baku

AIIB-in ilk illik toplantısının vaxtı açıqlanıb

AIIB-in ilk illik toplantısının vaxtı açıqlanıb
# 13 may 2016 08:00 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin iyunun 25-26-da Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının (Asian Infrastructure Investment Bank, AIIB) ilk illik toplantısı keçiriləcək.

 

"APA-Economics" xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.

 

Məlumata əsasən, iclasda bankın təsisçisi olan 57 ölkənin nümayəndələri və beynəlxalq maliyyə institutlarının müşahidəçiləri iştirak edəcək.

 

AIIB-in yaradılması haqqında razılaşma 2015-ci ilin iyunun 29-da imzalanıb. Bankın nizamnamə kapitalı 100 mlrd. dollar, əsas səhmdarları isə Çin, Rusiya və Hindistandır. Qeyd edək ki, Azərbaycan da bankın təsisçilərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR