Bakı. Pərviz Nuriyev – APA-Economics. Hər bir insan gözlənilmədən maddi dəstəyə ehtiyac duyur və bu zaman bankların kredit məhsullarından yararlanmaq istəyir. Lakin hər zaman insanların sərfəli kredit təklif edən bankı axtarmağa və ondan yararlanmağa boş vaxtı olmur.
Artıq şərtlər dəyişib, kredit sifariş vermək üçün banka və ya hər hansı şöbəyə getməyə ehtiyac yoxdur. Vətəndaşların banka getmədən onlayn kredit sifarişi və digər bank məhsullarından internet vasitəsi ilə yararlanması son dövrlərdə geniş vüsət alıb.
Ölkənin bir sıra aparıcı banklarında onlayn kredit almaq mümkündür. Elektron Hökümət Portalı ilə əməkdaşlığa başlayan banklar öz kredit məhsullarını müştəriyə banka gəlmədən yararlanmağı təklif edir. Onlayn kredit insanların vaxt itkisi olmadan, hər hansı banka yaxınlaşmadan və növbə gözləmədən kredit götürmələri üçün əvəzsiz vasitədir.
“APA-Economics”in araşdırmalarına görə, Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 19-u onlayn kredit xidmətini təqdim edir. 24 bankda isə hələlik bu xidmət mövcud deyil.
Azərbaycanda banklardan asanlıqla onlayn kredit sifariş vermək və müqayisə aparmaq üçün alkredit.az layihəsi mövcuddur və onlayn kredit verən 19 bankdan 12-si bu layihədə yer alıb. Bu layihə banka getmədən, işlədiyiniz yerdən kredit götürmək üçün əvəzzsizdir.
alkredit.az layihəsi onlayn kreditləşməni daha da optimallaşdıraraq bank və bank olmayan kredit təşkilatlarının məhsullarının təqdimatını və ən son yenilikləri özündə birləşdirib.
alkredit.az-dan “APA-Economics”ə verilən məlumata görə, son 3 ayda alkredit.az saytında 6 000 (altı min) – dən çox kredit sifarişi qeyd olunub.
alkredit.az saytı kredit məhsullarının axtarışını, muqayisəsini və müştərilərin özünə sərf edən kredit şərtlərini müəyyənləşdirməsi üçün yaradılmış layihədir.
Layihəyə 2013-cu ildə start verilib və portalda, Azərbaycanın ən böyük banklarının bütün kredit növləri öz əksini tapıb.
alkredit.az kredit məhsullarını müqayisə edərək sizə ən uyğun və sərfəli olanı, faizə, məbləğin həcmi, alınan komissiya və digər bütün şərtlərə görə sıralayaraq Sizə təklif edir.
alkredit.az saytı hal-hazırda kredit kartları, istehlak kreditləri, avto kreditlər, mikrokreditlər, biznes kreditləri və ipoteka krediti üzrə ixtisaslaşıb.
Bu layihəyə 12 bank və 1 Bank Olmayan Kredit Təşkilatı (BOKT) daxildir.
Bankların siyahısını təqdim edirik:
|
“alkredit.az”dan onlayn kredit sifarişi mümkün olan bankların siyahısı
|
|
|
1 |
Kapital Bank |
|
2 |
Unibank |
|
3 |
Bank of Baku |
|
4 |
|
|
5 |
Azər-Türk Bank |
|
6 |
AGBank |
|
7 |
Dəmirbank |
|
8 |
AtaBank |
|
9 |
Bank Nikoil |
|
10 |
YapıKredi Bank Azərbaycan |
|
11 |
RabitəBank |
|
12 |
Azərbaycan Sənaye Bankı |
|
13 |
TBC Kredit (BOKT) |
Bəzi banklar onlayn kredit xidməti göstərsədə hələki “alkredit.az” layihəsinə qoşulmayıb.
Bu bankların və bəzi Bank Olmayan Kredit Təşkilatlarının yaxın müddətdə bu layihəyə qoşulması üçün danışıqlar gedir.
|
Onlayn kredit verib, lakin “alkredit.az” layihəsinə qoşulmayan banklar
|
|
|
1 |
Azərbaycan Beynəlxalq Bankı |
|
2 |
Turanbank |
|
3 |
VTB bank (Azərbaycan) |
|
4 |
AccessBank |
|
5 |
Bank Standard |
|
6 |
Bank Respublika |
|
7 |
Exspressbank |
Onlayn kredit verməyən bankların sıralaması aşağıdakı kimidir:
|
Onlayn kreditləşmə xidməti göstərməyən bankların siyahısı
|
|
|
1 |
Xalq Bank |
|
2 |
Bank of Azerbaijan |
|
3 |
PAŞA Bank |
|
4 |
Bank Technique |
|
5 |
MuğanBank |
|
6 |
Zaminbank |
|
7 |
AFB Bank |
|
8 |
Bank Silk Vey |
|
9 |
Qafqaz İnkişaf Bankı |
|
10 |
Kredobank |
|
11 |
Amrahbank |
|
12 |
Gəncəbank |
|
13 |
NBC Bank |
|
14 |
Parabank |
|
15 |
DekaBank |
|
16 |
Azərbaycan Kredit Bankı |
|
17 |
Bank Avrasiya |
|
18 |
Yunayted Kredit Bank |
|
19 |
Pakistan Milli Bankı Bakı Filialı |
|
20 |
Bank Melli İran |
|
21 |
Evrobank |
|
22 |
Naxçıvanbank |
|
23 |
Günaybank |
|
24 |
Atrabank |
Beləliklə, alkredit.az saytı adi müştəri üçün çətin olan araşdırmanı təqdim etməklə müştərilərin vaxt itkisinin qarşısını alır, həm də onların düzgün seçim etməsinə yardım etmiş olur.