Bank Of Baku

AMB-nin valyuta ehtiyatlarının artmasının səbəbi açıqlanıb

AMB-nin valyuta ehtiyatlarının artmasının səbəbi açıqlanıb
# 29 dekabr 2017 04:19 (UTC +04:00)

“2017-ci ildə tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”.

 

APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

 

Bəyanatda qeyd olunub ki, strateji ehtiyatlar noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3% (5 mlrd. ABŞ  dolları) artıb və 42,6 mlrd. ABŞ dolları təşkil edib. Sənəddə bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 32% artaraq 11 ayın sonuna 5,2 mlrd. ABŞ dollarına çatıb.

 

“Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti  və valyuta girovu ilə verilmiş  kreditlərin qaytarılması olub”, - deyə bəyanatda vurğulanıb.

   

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR