Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2016-cı il yanvarın 1-ə 21,152 mlrd. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 134,6 mln. manat və ya 17,4% çoxdur.
Kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi dekabrın 1-ə olan göstərici ilə müqayisədə 2 973,7 mln. manat və ya 16,4% artıb.