Bank Of Baku

AMB ötən il banklara verilən kreditləri 10 dəfə azaldıb

AMB ötən il banklara verilən kreditləri 10 dəfə azaldıb
# 30 aprel 2018 15:10 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ötən il banklara verilən kreditlərin həcmi açıqlanıb.

 

"APA-Economics"  AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il banklara 400 mln. 869 min manat kredit verilib. Maliyyə hesabatından da görünür ki, AMB tərəfindən ötən il banklara verilən kreditlərin həcmi azalıb.  

 

Belə ki, bu, 2016-cı il ilə müqayisədə 3 mlrd. 660 mln. 493 min manat və ya 10,13 dəfə azdır.

 

31 dekabr 2017-ci il tarixinә heç bir bank üzrә kreditlәrin qalığı Bankın kapitalının 10%-dәn çox olmayıb. 2016-cı ildə 2 bank üzrә kreditlәrin qalığı 2 mlrd. 535 mln. 618 min manat tәşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR