Bank Of Baku

AMFA: Özəl kredit bürosunun yaradılması kredit risklərini əhəmiyyətli dərəcədə azaldacaq

AMFA: Özəl kredit bürosunun yaradılması kredit risklərini əhəmiyyətli dərəcədə azaldacaq
# 04 fevral 2016 13:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda özəl kredit bürosunun yaradılması kredit risklərini əhəmiyyətli dərəcədə azaldacaq. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

 

J. Hacıyevanın sözlərinə görə, ölkədə yalnız bank və bank olmayan kredit təşkilatlarının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə çıxış imkanları var: "Azərbaycanda lizinq və kredit ittifaqları var ki, bu şirkətlərin müştərilərin kredit tarixçəsini öyrənmək imkanı yoxdur. Özəl kredit bürosunda müxtəlif mənbələrdən məlumat toplanacaq. Buna görə, özəl kredit bürosunun yaradılması onların müştərilərlə bağlı məlumatları əldə etməsinə imkan yaradacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR