Bank Of Baku

Apreldə 390-a yaxın "Green Card" müqaviləsi bağlanıb

Apreldə 390-a yaxın "Green Card" müqaviləsi bağlanıb
# 02 may 2016 08:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Aprel ayında Yaşıl Kart ("Green Card") sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 387 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.


İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bu müqavilələrdən 324 müqavilə Türkiyə və İrana, 62 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 1 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Apreldə beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 81 483 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 161-i minik, 113-ü yük, 106-sı qoşqu, 4-ü avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 15 manat, ən yüksək sığorta haqqı 1200 manat təşkil edib.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart ayları ərzində 324 beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 55 437 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR