Bank Of Baku

ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1,6 mlrd. manat artırılır

ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1,6 mlrd. manat artırılır
# 17 fevral 2016 10:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılması nəzərdə tutulur. "APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

 

Sənəddə 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615  mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək.

 

Xatırladaq ki, 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində ARDNF-dən transfertlərin həcmi 6 mlrd. manat nəzərdə tutulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR