Bank Of Baku

ARDNF-nin 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub

ARDNF-nin 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub
# 25 dekabr 2017 15:48 (UTC +04:00)

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub.

 

Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq fondun büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.

 

İclasda eyni zamanda ARDNF-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının” yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər təsdiq edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR