Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Beynəlxalq Bankına illik 4% dərəcəsi ilə depozit şəklində 500 min ABŞ dolları (798,550 min manat) məbləğində sərmayə yatırıb.
"APA-Economics" xəbər verir ki, depozit müqaviləsi imzalandığı tarixdən (18 mart 2016-cı il) qüvvəyə minir və müddəti 16 mart 2017-ci il tarixində başa çatır.