Bank Of Baku

ARDNF səhm portfelinin passiv idarə edilməsi üçün təkliflər sorğusu keçirir

ARDNF səhm portfelinin passiv idarə edilməsi üçün təkliflər sorğusu keçirir
# 06 dekabr 2016 06:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Dövlət satınalmaları haqqında" qanunun V fəslində müəyyən edilmiş xidmət təkliflərinin cəlb olunması ilə səhm portfelinin passiv idarə edilməsi üçün təkliflər sorğusu keçirir.

 

"APA-Economics" ARDNF-nin yaydığı elana istinadən xəbər verir ki, təklif olunan səhm portfeli üçün bençmark "MSCI World" indeksidir.

 

İnvestisiya menecerləri (şirkətlər) aşağıdakı tələblərə cavab verməlidirlər:

 

- 2015-ci il dekabrın 31-nə şirkətin idarəetməsində passiv səhm indeksinə indeksasiya olunmuş vəsaitlərin həcminin 50 mlrd. dollardan az olmaması;

 

- ABŞ-ın 1940-cı il “İnvestisiya Şirkətləri haqqında Qanunu” və ya fəaliyyət göstərdiyi digər ölkənin qanunları çərçivəsində qeydiyyatdan keçmiş olması;

 

- 2015-ci il dekabrın 31-nə şirkətin səhm indeksi portfellərinin idarə edilməsi üzrə ən azı fasiləsiz 5 illik təcrübəsinin olması;

 

- son beş ildə gəlirlilik üzrə izləmə xətasının (tracking error) “MSCI World” indeksi ilə müqayisədə illik əsasda 0,3%-dən çox olmaması;

 

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

 

- müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

 

- Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması.

 

Təkliflər 11 yanvar 2017-ci il yerli vaxtla saat 18:00-dan gec olmayaraq Fondun yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165, AZ 1029 nömrəli ünvana təqdim edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR