Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.
Nümayəndə heyəti fondun muzeyi ilə tanış olub.