Bank Of Baku

Arif Vəliyev: «Azərbaycanda kölgə iqtisadiyyatı 9% olub»

Arif Vəliyev: «Azərbaycanda kölgə iqtisadiyyatı 9% olub»
# 18 yanvar 2013 09:07 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda kölgə iqtisadiyyatının payı 2011-ci ildə 9% təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

 

A.Vəliyevin sözlərinə görə, kölgə iqtisadiyyatı anlayışına qanunsuz silah və narkotik maddələrin qanunsuz istehsalı və satışı, həmçinin evlərdə fərdi qaydada çörək və s. məhsulların istehsalı və satışı daxildir.

 

«Hazırda 2012-ci ilin müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı hesablanır. Lakin 2011-ci ildə bu göstərici 9% təşkil edib», - deyə Statistika Komitəsinin sədri vurğulayıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR