Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycan üçün yeni biznes planını təsdiq edib

Asiya İnkişaf  Bankı Azərbaycan üçün yeni biznes planını təsdiq edib
# 27 yanvar 2014 11:24 (UTC +04:00)

Bankdan «APA-Economics»ə verilən məlumata görə, ÖƏBP-in prioritetləri ADB-nin hazırda müzakirə mərhələsində olan 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri və Azərbaycan hökumətinin «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.

 

ADB nəqliyyat, şəhər infrastrukturu və xidmət sektorunun inkişafı, habelə enerji sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

 

Həmçinin, qurum Azərbaycanda kiçik və orta  sahibkarlıq və kənd təsərrüfatı biznesinə dəstək vermək üçün kommersiya banklarına kreditlərin ayrılmasını davam etdirəcək.

 

ÖƏBP-da nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün 2014-2016-cı illər arasında 610 mln. ABŞ dolları həcmində kreditlərin və 5,5 mln. ABŞ dolları həcmində texniki yardımlar üçün qrantların ayrılması tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR