Bank Of Baku

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda iqtisadi artım 5% olacaq

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda iqtisadi artım 5% olacaq
# 16 dekabr 2013 10:29 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.

 

N.Vəliyevin sözlərinə görə, bu, ilkin hesablamalardır və əsas makroiqtisadi göstəricilər üzrə yekun rəqəmlər Bank tərəfindən gələn ilin I rübündə açıqlanacaq.

 

Qeyd edək ki, bu ilin sentyabr ayında açıqlanan ADB-nin son proqnozunda iqtisadi artım 4% səviyyəsində qiymətləndirilib. Proqnozun yüksəlməsinə qeyri-neft sektorunda artımın davam etməsi və neft sektorunda iqtisadi geriləmənin artıma çevrilməsi amili təsir edib.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 5,7% təşkil edib. ÜDM istehsalı qeyri-neft sektorunda 9,5%, neft sektorunda isə 1,3% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR