Bakı. Musa Əhmədov - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə proqnozunu dəyişib. “APA-Economics”in məlumatına görə, bu barədə AİB-in baş iqtisadçısı Nail Vəliyev məlumat verib.
Onun sözlərinə görə, əgər bir qədər əvvəl 2014-cü ildə Azərbaycanda 5% artımın olacağı proqnozlaşdırılırdısa, indi bu ilin sonunda artımın 3% olacağı gözlənilir.
Eyni zamanda, AİB-in əvvəlki proqnozuna görə, gələn il ÜDM artımı 4,8% idisə, gələn il bank artımın 3,5%-ə qədər azaldıb.
“İlin əvvəlində biz neft sektorunda müəyyən artımın olacağını proqnozlaşdırırdıq. İlin ortasında isə gördük ki, neft sektorunda azalma oldu”, - deyən N. Vəliyev bildirib ki, bankın proqnozunun azalması dünya bazarında neftin ucuzlaşması və neft sektorunda azalma ilə bağlıdır.
Qeyd edək ki, AİB bu il üçün inflyasiyanın 2%, gələn il üçün isə 3% həcmində proqnozlaşdırılır.