Bakı. Musa Əhmədov – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla bağlı 2015-2017-ci illər üzrə biznes plan hazırlayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono məlumat verib.
O. Noroyono əlavə edib ki, artıq sənəd Azərbaycan hökumətinə təqdim olunub: “Hələlik, Azərbaycan hökuməti sənədi təsdiqləməyib. Buna görə də biznes planla bağlı heç nə deyə bilmərəm. Biznes plan təsdiqlənəndən sonra sənədin detalları barədə ətraflı məlumat veriləcək”.
O, qeyd edib ki, yeni biznes plan əvvəlkindən fərqlənmir.
Qeyd edək ki, Azərbaycan hökumətinin yeni biznes planının 2015-ci ilin yanvarında təsdiqləyəcəyi gözlənilir.