Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycana sərmayələrini kəskin artırıb

Asiya İnkişaf Bankı Azərbaycana sərmayələrini kəskin artırıb
# 23 yanvar 2013 11:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 120 493,4 min manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən yatırılan investisiyanın həcmi 2011-ci ilə nisbətən 99,1% artıb. Hesabat ilində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmində AİB-in sərmayələrinin xüsusi çəkisi 3,7% təşkil edib və bu göstərici ötən illə müqayisədə 1,3 faiz bəndi artıb.

 

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Tərəflər arasında əməkdaşlığa başladığı tarixdən etibarən bu günə kimi avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 7 layihə üzrə ümumi məbləği 596,9 mln. ABŞ dolları məbləğində 10 kredit saziş imzalanıb ki, artıq 3 layihənin («Selə Qarşı Tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 4 layihənin icrası isə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR