Bank Of Baku

Asiya İnkişaf Bankı Direktorlar Şurasının illik iclası Bakıda keçiriləcək

Asiya İnkişaf Bankı Direktorlar Şurasının illik iclası Bakıda keçiriləcək
# 19 fevral 2013 06:28 (UTC +04:00)

 

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, razılaşma Azərbaycan hökuməti və AİB arasında 2015-ci ilin mayın 3-5-də Bakı şəhərində AİB-nin Direktorlar Şurasının illik toplantısının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.


Səfər zamanı S.Şərifov Direktorlar Şurasının illik iclasına hazırlıq və təşkilati işlərlə yanaşı, AİB ilə Azərbaycan hökuməti arasındakı ikitərəfli əməkdaşlıqla bağlı Bankın yüksək səviyyəli rəsmləri ilə müzakirələr aparıb.

 
Azərbaycan nümayəndə heyəti ilə görüşdə AİB prezidenti Haruhiko Kuroda bildirib ki, Bankının səhmdarlarından olan Azərbaycan AİB-in fəal iştirakçılarından biridir və dinamik inkişaf edən iqtisadiyyatı ilə regionun gələcək tərəqqisində aparıcı rol oynayır. H.Kuroda Bakı şəhərinin Bankın Direktorlar Şurasının 48-ci illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə edib və qeyd edib, İllik Toplantı keçirilən ölkəyə Bankın 67 üzv ölkələrindən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri olmaqla 4 mindən çox qonaq gəlir.

 

S.Şərifov Azərbaycanın AİB-də əməkdaşlığa böyük əhəmiyyət verdiyini və Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən bu səfər zamanı mövcud əlaqələrin daha da genişləndirilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. Nazir AİB-in Direktorlar Şurasının 2015-ci il may ayında Bakıda keçiriləcək illik iclasının yüksək səviyyədə təşkil olunacağını və Azərbaycan hökumətinin ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini diqqətə çatdırıb. Nazir ölkənin bu sahədəki təcrübəsinin, cari iqtisadi vəziyyətin, siyasi sabitliyin, eyni zamanda Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastrukturun bu cür əhəmiyyətli tədbirləri keçirməyə imkan verdiyini vurğulayıb.

 

Səfər çərçivəsində S.Şərifov AİB-in vitse-prezidentləri Xiaoyu Jao və Lakşmi Venkataçalam, baş katib Robert Douson və Bankın avstraliyalı icraçı direktoru Riçard Sisson ilə işgüzar görüşlər keçirib. Tərəflər arasında Bakı iclasına hazırlıq, Bankın Azərbaycanda maliyyələşdirdiyi nəqliyyat, enerji, infrastruktur, su-kanalizasiya təchizatı və digər layihələrinin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, habelə özəl sektorda layihələrin maliyyələşdirilməsinin icra vəziyyəti, regional inkişaf və digər məsələlər barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, 1966-cı ildə yaradılan və baş qərargahı Manila şəhərində yerləşən AİB-in Azərbaycan da daxil olmaqla 67 üzvü var. Azərbaycan AİB-ə 1999-cu ilin dekabr ayında üzv olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR