Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 50-ci İllik Toplantısının keçiriləcəyi ölkənin adı məlum olub.
“APA-Economics”in xəbərinə görə, Bakıda AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən ilk iş sessiyasında Rəhbərlər Şurasının hazırkı sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, katiblik bankın 50-ci İllik Toplantısının 2017-ci ilin mayın 6-8-də Yaponiyanın Yokohama şəhərində keçirilməsini tövsiyə edir.
Sessiya gedişində bu məsələ səsə qoyulub və təsdiqlənib.
Qeyd edək ki, AİB-in Rəhbərlər Şurasının 49-ci İllik Toplantısı Almaniyanın Frankfurt şəhərində keçiriləcək.