"Azərbaycanda mikromaliyyə təşkilatlarının kredit portfeli ilə bağlı dinamika tam ürəkaçan deyil".
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə, devalvasiyadan əvvəlki dövrlə müqayisədə müştəri sayı və kredit portfelində azalma var.
"Ancaq 2017-ci ildə müsbətə doğru dinamika başladı. Artıq kreditləşmə bərpa olundu. Geri qayıdan portfel hesabına kiçik sahibkarlara kreditlərin verilməsinə başlanıb. Bizim məqsədimiz 2018-ci ildə təkrar maliyyələşmə üçün investorları bazara gətirməkdən ibarətdir. Eyni zamanda, böhrandan çıxmış bazarlara maraq göstərən yeni investorları da bazara gətirmək niyyətindəyik. Xüsusilə də kənd təsərrüfatı sahəsində təkrar maliyyəni gətirməkdə maraqlıyıq", - deyə Jalə Hacıyeva vurğulayıb.