Bank Of Baku

Avqustda daşınmaz əmlakın icbari sığortası üzrə 9 mindən çox müqavilə bağlanıb

Avqustda daşınmaz əmlakın icbari sığortası üzrə 9 mindən çox müqavilə bağlanıb
# 08 sentyabr 2017 12:34 (UTC +04:00)

2017-ci ilin avqust ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9326 sığorta müqaviləsi bağlanıb. İcbari Sığorta Bürosundan (İSB) APA-Economics”ə verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 080 459 manat təşkil edib.

 

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 7360-ı yaşayış evləri və mənzillər, 29-u inzibati binalar, 1937-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 47% azalma, sığorta haqlarının məbləğində isə 2% azalma müşahidə edilib.

 

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 321, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR