Bank Of Baku

Avqustda əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi artıb

Avqustda əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi artıb
# 09 oktyabr 2017 15:35 (UTC +04:00)

2017-ci il sentyabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 895,5 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 918,4 mln. manatı (27,82%) milli  valyuta, 4 mlrd. 977,1 mln. manatı (72,18%) isə xarici valyuta ilə yerləşdirilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

 

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 461,8 mln. manat və ya 31,7% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 498,3 mln. manat və ya 23,14% azalma var.

 

Bununla yanaşı, cari ilin iyul ayı ilə müqayisədə avqustda manatda olan əmanətlərin həcmi 96,2 mln. manat və ya 5,3% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 61,6 mln. manat və ya 1,22% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR