2017-ci ilin avqust ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 19,8 mln. manat həcmində ipoteka krediti verilib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, iyul ayı ilə müqayisədə 20% və ya 3,3 mln. manat artım deməkdir. Bununla belə, bu il banklar tərəfindən 113,1 mln. manatlıq ipoteka krediti verilib.
Cari ilin avqust ayında dövlət büdcəsindən AİF-ə 2,3 mln. manat həcmində vəsait ayrılıb.
Bu ilin avqustunda AİF 8,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Avqustda Bakı Fond Birjasında AİF istiqrazları yerləşdirilməyib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin sentyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 43 279,6 manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,65%, aylıq ödəniş isə 309,5 manat təşkil edib.