Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cari ilin sentyabr ayının 1-ə iqtisadiyyata kredit qoyuluşu 12 mlrd. 376,6 mln. manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, beləliklə, avqustda iqtisadiyyata kredit qoyuluşu 3,76% və ya 484,2 mln. manat azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 26,5% və ya 4 mlrd. 463,1 mln. manat azalıb.